Toy korteji avtobusla toqquşdu, 12 ölü - Misirdə

6 Mart 2020 17:44

Misirin şimal-şərqində İsmailiyyə vilayətində çoxsaylı ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, qəza nəticəsində 12 nəfər ölüb, daha 9 nəfər müxtəlif dərəcəli bədən xasərətləri alıblar.

Məlumata görə, qəza beynəlxalq trasda toy kortejində hərəkət edən iki minik avtomobilinin mikroavtobusla toqquşması nəticəsində baş verib.

Ölənlər arasında 3 azyaşlının olduğu qeyd edilir. Ölən və yaralananların hamısının Təll-əl-Kəbir şəhərçiyinin sakinləri olduğu bildirilir.

Milli.Az