Makron yaşlılara daha az baş çəkməyi tövsiyə edib

6 Mart 2020 21:45

Fransa Prezidenti Emmanuel Makron koronavirusla əlaqədar vətəndaşları yaşlı sakinlərə daha az baş çəkməyə çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, o, bunu qocalar evində çıxışı zamanı bildirib.

Prezident deyib ki, yaşlılar bu virusa daha həssas olduqları üçün onların kənar şəxslərlə ünsiyyəti azaltmaları tövsiyə olunur:

"Bunun çətin olduğunu başa düşürəm, amma qocalara daha az baş çəkmək arzuolunandır".

Milli.Az