Müğənni Xatirə İslamla Xatun arasında qalmaqal baş verib.
Milli.Az xəbər verir ki, hadisə "Hər şey daxil"in bayram çəkilişi zamanı yaşanıb.
"5/5"-in aparıcısı Zaur Kamal müğənnilərin efirə getməyən davalarını verilişində gündəmə gətirib. Aparıcı qonağı Xatuna "Xatirəyə niyə "Ərli bəxtəvər" demisən ki?" sualı ilə müraciət edib.
Xatun həmkarı ilə aralarında baş verən qalmaqalın təfərrüatını efirdə açıqlayıb:
"Ərli olmaq, bəxtəvərçilik demək deyil ki. Şou-biznesdə bəxtəvər müğənni yoxdur. Mən ona elə deməmişəm. Buradan bir açıqlama verim, mənim kiminlə münasibətim pozulursa, o, birinci mənim "şəxsim"ə toxunur. Həyatda insanın evi də olmaz, uşağı da olmaz, ailəsi də olmaz. Buna heç kəs qaranti vermir. Allah hərəyə bir tale verir. Biz bilirik ki, kimin nəyi yoxdursa oradan vurmaq olmaz. Elə bir söz dedi ki, şəxsiyyətimə toxundu. Orada olanlar da bu qərara gəldilər ki, təqsır onda oldu, məndə yox. Mənim telefonumda bir şey var, onu istəyərdim göstərim sənə (Zaura xitabən deyi - red). O xanımın mənə yazdığı mesajı. Vasif o an şokda idi. Vasif bilmirdi başına gələni. Mən də ona yaxınam, o da ona yaxındır. Dedim "Vasif, dur get dalınca".
Zaur "Xatun, barış çıxsın getsin" təklifini etsə də, alınmayıb. Xatun "Barışanda deyərik. Bizim bir açıqlamamız qalıb. O tərəf deyir ki, oturaq söhbəti xırdalayaq" cavabını verib.
Qeyd edək ki, "Hər şey daxil"in bugünkü buraxlışında aparıcı Tarix Əliyev (Tolik) Xatirə ilə Xatun arasındakı sözügedən qalmaqalla bağlı ""5/5"-də o qalmaqalı işıqlandırdılar. Əslində o mənim verilişimin bayram çəkilişləri vaxtında olub. Mən Xatirəyə zəng vurdum, telefonumu açmadı", - deyib.
Məhəmməd Vaqif
Milli.Az