Facebook Messenger-in macOS versiyası istifadəyə verildi

10 Mart 2020 22:15

Facebook tərtibatçıları Messenger-in macOS əməliyyat sistemində testinə start veriblər. Bu barədə Techcrunch saytı xəbər verib. Sözügedən əməliyyat sistemi üçün olan Messenger versiyası Electron framework-u əsasında qurulub. Messenger-in macOS versiyası mobil versiyadakı olan funksiyaları əldə edib. Belə ki, macOS versiyada da dostlarla yazışmaq, faylar, stikerlər, emojilər göndərmək, videozənglər reallaşdırmaq və qrup çatlarında iştirak etmək olar.

    Bundan əlavə olaraq Messenger-in macOS versiyası həmçinin Dark Mode rejimini də dəstəkləyir. Messenger artıq App Store online mağazasında təqdim olunub. Lakin hazırki mərhələdə ondan yalnız Fransa, Polşa, Avstraliya və bir neçə digər ölkə istifadəçiləri istifadə edə bilərlər. Messenger-in macOS versiyasının hamı üçün nə zaman aktiv olacağı bilinmir.

Milli.Az