Şirvanda beşmərtəbəli yaşayış binasında yanğın olub

6 Mart 2020 19:34

Şirvan şəhərində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 96 m² olan mənzilin mətbəxinin yanar konstruksiyaları və içərisindəki əşyalar 6 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 6 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az