Azərbaycanda keçmiş nazirə vəzifə verildi

6 Mart 2020 16:35

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev müşaviri, keçmiş Rabitə və Yüksək Texnologiyaları naziri, akademik Əli Abbasova yeni vəzifə verib.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, R.Mehdiyevin müvafiq əmri ilə Ə.Abbasov AMEA-nın "Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edib.

Xəbəri AMEA-dan sözügedən sayta təsdiqləyiblər.

Milli.Az