Hindistan Beynəlxalq Kino Akademiyasının mükafatının verilməsi mərasimi təxirə salınıb.
Milli.Az Day.az-a istinadən bildirir ki,həmçinin Bollivud Oskarı kimi tanınan bu mötəbər mükafatın təqdim edilməsi mərasimi koronavirus təhlükəsindən təxirə salınıb.
Təntənəli tədbir martın sonlarında Matxya-Pradeş ştatında keçirilməli idi. Mərasim naməlum müddətə təxirə salınıb.
Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 70-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 90 mini, ölənlərin sayı isə 3 mini keçib.
Milli.Az