"Nissan" kanala aşdı, sürücü özünü xilas edə bilmədi

19 Aprel 2010 10:07
Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Kərimbəyli kəndi ərazisində 55 yaşlı Fizuli Surxayevin idarə etdiyi "Nissan-X Trail" markalı avtomobil kanala aşıb.
Bu zaman sürücü özünü xilas etmək üçün maşından bayıra atıb. Ağır vəziyyərdə xəstəxanaya gətirilən F.Surxayev aldığı xəsarətlərdən orada dünyasını dəyişib.
Qəzaya F.Surxayevin idarəetməni itirməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.

Anar Məmmədov
Milli.Az