NATO mənzil-qərargahına giriş-çıxışı məhdudlaşdırdı

6 Mart 2020 16:57

NATO koronavirus təhlükəsi ilə əlaqədar Brüsseldəki mənzil-qərargahına giriş-çıxışı məhdudlaşdırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Alyans əməliyyatlarda iştirak etmiş hərbçilərinə tibbi baxış keçirir.

Bundan başqa, NATO rəhbərliyi jurnalistlərə müraciət edərək soyuqdəymə simptomları olanların mənzil-qərargaha gəlməmələrini xahiş edib.

Milli.Az