Kamerunda da koronavirus faktı qeydə alındı

6 Mart 2020 16:40

Kamerunda koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi təsdiq edib.

Qeyd olunur ki, virus fevralın sonunda ölkəyə gəlmiş 58 yaşlı Fransa vətəndaşında aşkar olunub.

Həmin şəxs paytaxt Yaundedə xəstəxananın xüsusi boksuna yerləşdirilib.

Onunla ünisyyətdə olan şəxslər müəyyənləşdirilir.

Milli.Az