Serbiya da koronavirusa yoluxdu

6 Mart 2020 20:04

Avropanın daha bir ölkəsində koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

Milli.Az Day.Az-a istinadən bildirir ki, yoluxma faktı Serbiyada baş verib.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 70-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 90 mini, ölənlərin sayı isə 3 mini keçib.

Milli.Az