Butan turistlərin ölkəyə girişinə qadağa qoydu

6 Mart 2020 15:56

Butan hökuməti koronavirus təhlükəsi ilə əlaqədar turistlərin ölkəyə daxil olmasına iki həftə müddətinə qadağa qoyub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qərar qüvvəyə minib.

Bundan başqa, ölkədə keçirilməsi planlaşdırılmış beynəlxalq konfranslar və seminarlar da ləğv edilib.

Qeyd edək ki, dünyada koronavirusa 98 764 yoluxma halı aşkarlanıb.

Çində isə bu rəqəm 80 565 minə çatıb. Ölənlərin sayı 3,2 mini keçib.

Milli.Az