Türkiyədən Azərbaycana polad ixracı azalıb

6 Mart 2020 10:16

2020-ci ilin yanvarında Türkiyədən Azərbaycana polad ixracı 2019-cu ilin yanvarı ilə müqayisədə 17,84 faiz azalaraq 6,917 milyon dollar təşkil edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyənin polad ixracı 2019-cu ilin yanvarı ilə müqayisədə 4 faiz azalıb və 1,148 milyard dollara bərabər olub.

Bu ilin yanvarında polad ixracı Türkiyənin ümumi ixracının 7,8 faizini təşkil edib.

Qeyd edək ki, 2019-cu ildə Türkiyənin polad ixracı 13,798 milyard dollar və ya ümumi ixracın 7,6 faizini təşkil edib.

Milli.Az