Bakıda tuneldə üç avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

5 Mart 2020 23:44

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Həsən Əliyev küçəsindəki yolötürücü tuneldə qeydə alınıb.

"DongFeng" markalı nəqliyyat vasitəsinin sürücüsü əks yola çıxdığından onun avtomobili əvvəlcə "Mercedes", daha sonra "Kia" markalı avtomobillərə çırpılıb. Qəza nəticəsində 3 nəfər xəsarət alıb.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Milli.Az