Gürcüstanda koronavirusa yoluxanların sayı 9 nəfərə çatıb

5 Mart 2020 23:32

Gürcüstanda koronavirusa yoluxanların sayı 9 nəfərə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan hökuməti tərəfindən Covid-19 virusu ilə bağlı yaradılmış stopcov.ge saytında məlumat yerləşdirilib.

Bildirilir ki, ölkədəki vəziyyət hər gün saat 21:30-da yenilənir. Məlumata görə, martın 5-də koronavirusa yoluxanların sayı 9 nəfər, karantin rejimində saxlanılanların sayı 162, stasionar nəzarətə götürülənlərin sayı isə 45 nəfər təşkil edib.

Milli.Az