Putin Türkiyə Prezidenti ilə danışıqlar asan keçməsə də, pozitiv başa çatdı

5 Mart 2020 22:06

Türkiyə Prezidenti ilə danışıqlar asan keçməsə də, pozitiv başa çatdı.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Rusiya və Türkiyə prezidentlərinin Moskvada 6 saatdan çox davam edən görüşündən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

O deyib ki, iki ölkə İdlibdə gərginliyin aradan qaldırılmasına dair qərar qəbul edib və Suriya münaqişəsinin həllinə dair ümumi sənəd imzalayıb.

Sənədə əsasən, Suriyada atəşkəs martın 6-na keçən gecə saat 1-də qüvvəyə minir.

Milli.Az