Xəzər dənizində zəlzələ olub

5 Mart 2020 19:59

Martın 5-də Xəzər dənizində maqnitudası 3.8 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Milli.Az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 16:19-da qeydə alınıb.

Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.

Milli.Az