"Cənubi Afrika Respublikasında koronavirusa ilk yoluxma halı qeydə alınıb".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Zveli Mhize deyib.
Qeyd olunur ki, virus İtaliyadan qayıtmış şəxsdə qeydə alınıb.
Həmin şəxs xəstəxanaya yerləşdirilib. Onunla ünsiyyətdə olan həkim və digər şəxslər karantinə alınıb.
Milli.Az