Putin: "Türkiyə ilə münasibətlər Rusiya üçün qiymətlidir"

5 Mart 2020 17:09

Moskva üçün Ankara ilə münasibətlər qiymətlidir.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Moskvada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı bəyan edib.

Rusiyalı lider bildirib: "Bu gün sizinlə yaranmış vəziyyəti tam şəkildə müzakirə etməyimiz vacibdir  ki, а) bir daha belə hal təkrarlanmasın və b) bizim, eləcə də sizin üçün qiymətli olan Rusiya-Türkiyə münasibətlərinə xələl gəlməsin".

Qeyd edək ki, bu gün Türkiyənin Prezidenti R.T.Ərdoğan Moskvaya rusiyalı hımkarı V.Putinlə görüşə gəlib.

Milli.Az