Səhiyyə nazirinə yeni müavin təyin edildi - SƏRƏNCAM

5 Mart 2020 16:57

Səhiyyə Nazirliyində yeni kadr təyinatı olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Viktor Qasımov Səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilib.

Səhiyyə Nazirliyindən məlumatı Trend-ə təsdiqləyiblər.

Xatırladaq ki, Viktor Qasımov bu vaxta qədər Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarəti sektorunun müdiri vəzifəsində işləyib.

Milli.Az