Rumıniyada oxumaq istəyənlər üçün sənəd qəbulu başladı

5 Mart 2020 19:39

Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi 2020-2021-ci tədris ili üçün Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.

Azərbaycan Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə elan edilib. Tədris rumın dilində aparılacaq.

Təqaüd proqramına müraciət edəcək iddiaçılar Təhsil Nazirliyinin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az ) müraciət etməlidirlər. Müraciət üçün son tarix 5 apreldir.

Milli.Az