İstanbuldan Londona uçan Fransa vətəndaşında koronavirus aşkarlandı

5 Mart 2020 16:49

"İstanbuldan Londona uçan Fransa vətəndaşında koronavirus aşkar olunub".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib.

Nazir bildirib ki, Fransa vətəndaşı İstanbulda yalnız 25 dəqiqə vaxt keçirib.

Hazırda onun olduğu təyyarənin bütün heyət üzvləri karantinə alınıb.

Milli.Az