Çin İrana qarşı sanksiyaları dayandırmağa çağırır

5 Mart 2020 18:34

"Çin hökuməti İrana qarşı sanksiyalar tətbiq edən ölkələri bu tədbirləri dayandırmağa çağırıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan deyib.

O bildirib ki, İran hökuməti və xalqı virusla mübarizə apardığı zaman birtərəfli sanksiyaların davam etməsi vəziyyəti daha da kəskinləşdirəcək:

"Bu, həmçinin humanitar ruha ziddir. Çin epidemiya ilə mübarizədə maneələrin yaranmaması üçün İrana qarşı tətbiq olunan sanksiyaları dayandırmağa çağırır".

Milli.Az