Rövşanənin verilişi ilə bağlı dəyişiklik

5 Mart 2020 18:24

Aparıcı Rövşanə Ağasəfqızının ARB TV_də yayımlanan verilişində dəyişiklik edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, həftədə iki dəfə - şənbə və bazar günü yayımlanan "Səhər-səhər" proqramı artıq bir dəfə efirə gedir.

Verilişin şənbə günü efirə gedən buraxılışı təxirə salınıb. Bir neçə həftədir ki, "Səhər-səhər" yalnız həftənin bazar günü yayımlanır.

Milli.Az