Fransada koronavirusa görə 150-ə yaxın məktəb bağlı qalır

5 Mart 2020 17:54

"Fransada koronavirusla əlaqədar 150-ə yaxın məktəb bağlı qalır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin Təhsil naziri Jan-Mişel Blanker deyib.

O bildirib ki, məktəblərin bağlanması ümumilikdə 35-40 min şagirdə təsir göstərib.

Eyni zamanda, ölkədə bütün məktəblərin bağlanmasının planlaşdırılmadığı deyilir.

Son məlumatlara əsasən, Fransada 285 nəfər koronavirusa yoluxub.

Milli.Az