ABŞ-ın Koliforniya ştatının hakimiyyəti yerli sakinin koronavirusdan ilk ölüm faktı təsbit edildikdən sonra ştatda fövqəladə vəziyyt elan edib.
Milli.Az Day.Az-a istinadən xəbər verir ki, ştatın qubernatoru Qevin Nyusom müvafiq qərarı martın 4-də səsləndirib.
Məlumata görə, həmin tarixdən başlayaraq ştatda ciddi nəzarət həyata keçirilməyə başlayır: sakinlər tez-tez virusla bağlı test keçməli olacaqlar, onların virusa yoluxmuş şəxslərlə münasibətdə olub-olmamaları araşdırılacaq.
Koronavirusdan dünyasını dəyişmiş şəxsin yaşlı Koliforniya sakini olduğu, San-Fransiskodan gəmi ilə qayıtdığı qeyd edilir.
Q.Nyusom koronavirusun yayılmasının qarşısını almaq məqsədilə digər ştatları da təcili təxirəsalınmaz tədbirlər şərçivəsində əməkdaşlığa çağırıb.
Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 70-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 90 minə çatıb, 3 mindən çox nəfər ölüb.
Milli.Az