Gürcüstanın Müdafiə naziri Azərbaycana gəlir

5 Mart 2020 16:34

Martın 5-də Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri başlayır.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, səfər çərçivəsində Gürcüstan nümayəndə heyətinin ölkəmizdə bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Səfər martın 6-dək davam edəcək.

Milli.Az