Mirhəsən Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi - SƏRƏNCAM

5 Mart 2020 14:12

Prezident İlham Əliyev M.M.Seyidovun Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Mirhəsən Mirheydər oğlu Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

Milli.Az