Nahid Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi - SƏRƏNCAM

5 Mart 2020 14:11

Prezident İlham Əliyev N.R.Bağırovun İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Nahid Rza oğlu Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

Milli.Az