Latviyada işsizlik səviyyəsi Avropa İttifaqı üzrə orta göstəricidən yüksəkdir

6 Mart 2020 08:11

Yanvarda Latviyada işsizlik səviyyəsi 6,4 faiz təşkil edib. Bu da Avropa İttifaqı (Aİ) üzrə orta göstəricidən çoxdur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Aİ-nin Statistika Bürosu (Avrostat) məlumat yayıb.

Qeyd edək ki, yanvarda Aİ üzrə işsizlik səviyyəsinin orta göstərici 6,2 faiz olub.

Milli.Az