Eyfel qülləsi yaşıllaşacaq? - FOTO
1 Dekabr 2011 15:36
Layihə qüllənin bütünlüklə bitkilərlə örtülməsini nəzərdə tutur.
Milli.Az xəbər portalı "Le Figaro"ya istinadən bildirir ki, Fransa paytaxtının imicini köklü şəkildə dəyişməyə xidmət edən bu konseptual layihənin dəyəri 76 milyon avrodur.
Mühəndislərin hesablamalarına görə, 320 metr hündürlüyü olan qüllənin yaşıllığa bürünməsi üçün 600 min tingə ehtiyac duyulacaq.
Bundan başqa, qüllədə ümümi ağırlığı 12 ton olan rezin şlanqlar və borulardan istifadə edilməklə mürəkkəb irriqasiya sisteminin qurulması nəzərdə tutulub.
Layihə ekoloji layihələr üzrə ixtisaslaşmış "Ginger" şirkəti ilə "Vinci" tikinti konserninə məxsusdur.
Mütəxəssislərin hesablamalarına görə, "yaşıl qüllə" 87,8 ton karbon qazını oksigenə çevirərək Parisin havasını yaxşılaşdıra bilər.
Bu layihə baş tutmasa, "Paris utopiyaları"ndan birinə çevriləcək.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Fotolar: Le Figaro, AFP, Getty İmages