Fransada sərnişin qatarı relsdən çıxıb, 21 nəfər yaralanıb

5 Mart 2020 13:44

Strasburq-Paris qatarının relsdən çıxması nəticəsində 21 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Qrand-Est regionunun prefekturasından bildirilib.

"Europe1" radiostansiyası xəbər verir ki, bu gün səhər Strasburqdan Parisə gedən qatarın elektrovozu və bir neçə vaqonu relsdən çıxıb. Nəticədə, maşinist də daxil olmaqla, 20-dən artıq insan yaralanıb.  

Qatarda 348 sərnişin olub.

Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.

Milli.Az