Kim Çen İn Cənubi Koreya prezidentinə dəstək məktubu ünvanlayıb

5 Mart 2020 16:39

"Şimali Koreya rəhbəri Kim Çen İn Cənubi Koreyada koronavirusun yayılması ilə əlaqədar prezident Mun Çje İnə dəstək məktubu ünvanlayıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Cənubi Koreya prezidentinin nümayəndəsi Yun Do Han brifinq zamanı bildirib.

Məktubda deyilir ki, Kim Çen İn Cənubi Koreya prezidentinin səhhətindən narahatlıq duyduğunu deyib:

"Mən inanıram ki, Cənubi Koreya virusun öhdəsindən gələcək".

Cənubi Koreya Prezidentinin buna cavab olaraq təşəkkür məktubu göndərdiyi qeyd edilib.

Milli.Az