Hacı Nuran Almaniyada xəstəxanaya yerləşdirilib

5 Mart 2020 15:14

Aparıcı Hacı Nuran Hüseynov yenidən Almaniyaya yollanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, səhhətində problem yaşanan aparıcı bir neçə gündür orada müayinə olunur.

Hacı Nuran sosial şəbəkədə paylaşım edərək, Azərbaycan üçün darıxdığını vurğulayıb:

"Soyuq Almaniyada vətən həsrəti insanı daha kövrək edir. Harada oluramsa-olum mənim üçün Bakıdan, Azərbaycandan doğma, gözəl yer yoxdur".

Qeyd edək ki, Hacı Nuran xərçəngdən əziyyət çəkir.

Milli.Az