Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

5 Mart 2020 16:44

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 4 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi bu haqda məlumat yayıb.

Mərkəzdən qeyd edilib ki, yoluxma aşkarlanan şəxs martın 1-də İtaliyadan qayıtmış Gürcüstan vətəndaşıdır.

Xatırladaq ki, Gürcüstanda koronovirusa ilk yoluxma faktı fevralın 26-da qeydə alınıb.

Milli.Az