ABŞ-da koronavirusa yoluxanların sayı niyə azdır? - Tramp

5 Mart 2020 14:34

"ABŞ Çinlə sərhədləri vaxtında bağladığı üçün ölkədə koronavirusa yoluxanların sayı azdır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Fox" telekanalına müsahibəsində deyib.

O bildirib ki, administrasiyada işləyən şəxslər sərhədləri bağlamamağı tövsiyə etsə də, bu addımı atıb:

"Mənə verilən tövsiyələrə baxmayaraq, mən Çinlə sərhədləri bağladım və göründüyü kimi, bu, müdrik qərar oldu. Digər ölkələrlə müqayisədə bizdə yoluxanların sayı azdır".

Milli.Az