Məşhur futbolçu tribunaya qalxaraq azarkeşlə dava etdi - VİDEO

5 Mart 2020 14:49

İngiltərə kubokunun 1/8 final mərhələsində keçirilən "Tottenhem" - "Norviç Siti" matçından sonra qalmaqal baş verib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, qarşılaşmadan sonra meydan sahiblərinin futbolçusu Erik Dayer tribunaya qalxaraq azarkeşlərdən biri ilə dava edib. 

Buna səbəb isə həmin azarkeşin Dayeri və onun qardaşını təhqir etməsi olub. 

Milli.Az