Tramp: "Koronavirusla mübarizədə İrana kömək edə bilərik"

5 Mart 2020 11:49

"İran qəbul edəcəyi təqdirdə ABŞ koronavirusla mübarizə ilə bağlı bu ölkəyə kömək göstərməyə hazırdır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Fox" telekanalına müsahibəsində deyib.

D.Tramp bildirib ki, ABŞ bu virusun öhdəsindən yüksək səviyyədə gəlir:

"Bizdə dünyanın ən yaxşı həkimləri işləyir. Biz bu mübarizədə bir çox ölkəyə kömək edirik. İran istəsə, onlara da kömək edə bilərik. Onlar çox ziyan çəkib".

Milli.Az