PSJ darmadağınla finala yüksəldi - VİDEO - FOTO

5 Mart 2020 11:04

Futbol üzrə Fransa kubokunda yarımfinal mərhələsinin oyunları keçirilir.

Milli.Az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

PSJ səfərdə Lion "Olimpik"i ilə qarşılaşıb. Altı qolun qeydə alındığı qarşılaşmada Paris təmsilçisi darmadağına imza atıb.

Fransa kuboku, yarımfinal

4 mart

Lion - PSJ 1:5
Qol:
Terrye, 11 - Mbappe, 14; 70; 90+3. Neymar, 64-pen. Sarabia, 82.

5 mart

23:55. Sent Etyenn - Renn

Milli.Az