Avtomagistrallarda sürət həddi endirildi - SƏBƏB

5 Mart 2020 09:44

Paytaxtda müşahidə olunan qatı dumanla əlaqədar Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı avtomagistrallarında sürət həddi zolaqlar üzrə müvafiq olaraq endirilib.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, elektron məlumat tablolarında "duman" işarəsi qoyulub.

Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsziliyini təmin etməkdir.

Milli.Az