Azərbaycanda yeni ailə qurmuş qadın özünü öldürmək istəyib? - YENİLƏNİB

5 Mart 2020 13:17

13:17

Qaxda 24 yaşlı Orucova Əfsanə Rüfət qızı "Net" təmizləyici vasitəsini ehtiyatsızlıqdan içdiyini qeyd edib.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, həmin ailə münaqişəli ailə kimi polis şöbəsində qeydiyyatda olmayıb.

Hazırda məlumatlar toplanıb, prokurorluğa göndərilib.

---------

09:34

Qaxda yenicə ailə quran qadın özünü zəhərləyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Turaclı kəndində baş verib. 1996-cı il təvəllüdlü kənd sakini Orucova Əfsanə Rüfət qızı "Net" təmizləyici vasitəsini içib. O, dərhal yaxınları tərəfindən Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibb müəssisəsində Ə.Orucovaya yardım göstərilib. Hal-hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Ə.Orucovanın həmin yuyucu vasitəni hansı səbəbdən içdiyi hələlik məlum deyil.

Qeyd edək ki, Ə.Orucova 2-3 ay əvvəl ailə həyatı qurub.

Milli.Az