Mustafa “Eşkiya dünyaya hükümdar olmaz”la vidalaşır

5 Mart 2020 10:09

Reytinqlərdə ilk sırada yer alan "Eşkiya dünyaya hükümdar olmaz" serialında gözlənilməz ayrılıq gerçəkləşəcək.

Milli.Az axşam.az-a istinadən bildirir ki, yeni bölümdə "Boran" obrazını canlandıran aktyor Mustafa Üstündağ öldürülərək ekran işinə vida edəcək.

Qeyd edək ki, 5-ci mövsümü ilə tamaşaçı qarşısına çıxan serial "ATV" telekanalında yayımlanır.

Milli.Az