Lənkəranda evdə yanğın olub

5 Mart 2020 09:29

Lənkəranda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, şəhərin Şirinsu qəsəbəsində ümumi sahəsi 143 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 4 m² sahədə yanıb. Evin qalan hissələri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az