Almaniya kubokunda 1/4 final mərhələsi başa çatıb.
Milli.Az apasport.az-a istinadən bildirir ki, ikinci oyun günündə 2 matç keçirilib.
"Bayer" öz meydanında "Union"la qarşılaşıb. Hesabı berlinlilər açsa da, Leverkuzen təmsilçisi 3 qol vuraraq əzmkar qələbə qazanıb.
"Ayntraxt" da ev qələbəsinə sevinib. Frankfurt təmsilçisi "Verder"i iki qolla üstələyib.
Qeyd edək ki, "Bayer"lə "Ayntraxt"a qədər "Bavariya" və "Saarbrükken" də yarımfinala adlayıb. Bu mərhələnin püşkatması martın 8-də, oyunları aprelin 21-22-də keçiriləcək.
Almaniya kuboku
1/4 final
4 mart
"Bayer" - "Union" - 3:1
Bellarabi, 72, Arangiz, 86, Diabi, 90 - İnqvartsen, 39
"Ayntraxt" - "Verder" - 2:0
Silva, 45 (pen.), Kamada, 60
Milli.Az