Ərdoğan Makron ilə İdlibdəki vəziyyəti müzakirə ediblər

5 Mart 2020 07:45

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makron ilə telefon danışığı aparıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüşdə Suriyanın İdlib şəhərində vəziyyət və suriyalı qaçqınlar problemi müzakirə edilib.

Qeyd edək ki, fevralın 19-da Ərdoğan Suriyanın İdlib şəhərində hərbi əməliyyata başlamağın mümkünlüyünü açıqlamışdı.

Onun sözlərinə görə, Türkiyə İdlibi Suriya rejiminə və tərəfdarlarına buraxmayacaq.

Milli.Az