Sumqayıtda mənzildə partlayış olub, xəsarət alanlar var - FOTO

4 Mart 2020 23:54

Sumqayıt şəhərinin 9-cu mikrorayonunda ev 71 mənzil 33 ünvanında partlayış olub. 

Milli.Az APA-ya istinadən bildirir ki, partlayış qaz sızması nəticəsində baş verib. 

Hadisə nəticəsində 1960-cı il təvəllüdlü Nuriyev Məhyəddin Balaxan oğlu və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü Nuriyeva Narınc Ağacəfər qızı müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az