Türkiyə parlamentində deputatlar əlbəyaxa olublar

4 Mart 2020 19:21

Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında deputatlar əlbəyaxa olublar.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputat Engin Özkoçun çıxışı zamanı gərginlik yaşanıb.

Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatların etirazından sonra iclasa fasilə verilib.

Fasilə zamanı AKP və CHP-dən olan deputatlar əlbəyaxa olublar.

Ankara Prokurorluğu Türkiyə Prezidentini təhqir etdiyi üçün E. Özkoçun barəsində araşdırmaya başlayıb.

Milli.Az