İsveçrədə koronavirusa yoluxanların sayı 54-ə çatıb

4 Mart 2020 21:35

İsveçrədə koronavirusa yoluxanların sayı 54 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu faktlardan 39-u laboratoriya şəraitində təsdiq olunub.

Qeyd olunur ki, 200-dən çox şəxs karantinə yerləşdirilib.

Virus İsveçrənin bütün kantonlarında qeydə alınıb.

Milli.Az