Gürcüstanda qar uçqunu nəticəsində 3 turist ölüb

4 Mart 2020 22:56

Gürcüstanın Svaneti rayonu ərazisində yerləşən Tetnuldi zirvəsində qar uçqunu baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidmətindən məlumat verilib.

Bildirilib ki, dağın zirvəsində olan 6 italiyalı turist uçquna düşüb.

Qarın altında qalan turistlərdən üçünün öldüyü bildirilir. 

Milli.Az