Lavrov və Cavad Zərif İdlibi müzakirə ediblər

4 Mart 2020 19:54

Bu gün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı XİN başçıları Suriyanın İdlib vilayətində baş verənləri və Astana prosesini müzakirə ediblər.

Milli.Az